Bu da Tatlısəsin Bakı görüntüləri- Video

bu-da-tatlisesin-baki-goruntuleri-video
Oxunma sayı: 781

İbrahim Tatlısəs mühafizəçilərin müşayiəti ilə Bakıdakı restoranlardan birində şam edir. Görüntülərdən görünür ki, müğənniyə qarşı törədilən sui-qəsddən sonra, onun bədənindəki fəsadlar hələ də aradan qalxmayıb.

İbrahim Tatlısəsin ayağı axsayır və o, çəliklə gəzir. Qeyd edək ki, İbrahim Tatlısəsin Bakıya şəxsi işləri ilə əlaqədar gəldiyi bildirilir. Bundan başqa, müğənnini azərbaycanlı ekstrasensin müalicə edəcəyi də deyilir. İbrahim Tatlısəsin müalicəsi üçün hələ bir həftə şəhərimizdə qonaq olacağı deyilir.

Xatırladaq ki, İbrahim Tatlısəs ötən il martın 14-də silahlı hücuma məruz qalmış və başından güllə yarası almışdı.