Bu da yeni iPhone X və iPhone 8 - Video

Bu da yeni iPhone X və iPhone 8
Oxunma sayı: 3716

ABŞ-ın “Apple” şirkəti çoxdan gözlənilən iPhone X və iPhone 8 modellərini təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni iPhone X modeli xarici görünüşü və xüsusi özəllikləri ilə diqqət çəkib.

Telefon Home düyməsindən azad olub. Smartfonun ön paneli isə tamamilə ekranlə əhatə olunub. Bu model 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub.

Korpusun dizaynı iPhone 7-dən fərqlənməsə də, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Bundan əlavə aparat naqilsiz şarj funksiyasına da  malikdir.

 

iPhone X-də Touch ID barmaq izi skanı yoxdur. Bunun əvəzinə insan zünün skanı texnologiyası olan Face ID-dən istifadəyə verilib.

Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru vasitəsilə çalışır. Beləliklə bu prosessorlar 30% daha güclüdürlər və 2 dəfə daha az eneri sərfiyyatına malikdirlər.

Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilirlər. Smartfon keçən ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir.

iPhone X, 3 Noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.

Bundan əlavə yeni iPhone 8 və iPhone 8 Plus modelləri də təqdim olunub. Faktiki olaraq bu smartfonlar, iPhone 7 dizaynına və iPhone X texniki göstəricilərinə sahib modellərdir. Dizayn ötən ilki modellərdə olduğu kimi qalıb. Lakin hər iki modelin arxa panelləri şüşə ilə örtülüb.

Phone 8 və iPhone 8 Plus, bu ayın sonunda satışa çıxacaqlar. 32, 64 və 128 GB daxili yaddaşa sahib iPhone 8, 699$ qiyməti ilə başlayaraq, 64 və 256 GB daxili yaddaşa sahib iPhone 8 Plus isə 799$ start qiyməti ilə satışa çıxacaq.









Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi