Bu da Zülfiyyənin 11 yaşlı qızı - Foto

bu-da-zulfiyyenin-11-yasli-qizi
Oxunma sayı: 10391

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə qızı Dənizlə yeni fotosunu paylaşıb. “Qafqazinfo” xəbər verir ki, 50 yaşlı müğənni qızının timaslında bütün körpələri 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. 

O, fotoya “Həyatın ən əziz varlıqları- balalarımız! Sizin gününüz tək bu gün deyil, sizin varlığınız valideynlər üçün hər gün bayramdır”- şərhini yazıb. 

Qeyd edək ki, Xanbabayeva son illər mediadan uzaq gəzir və şəxsi həyatı haqda heç bir açıqlama vermir. Bununla yanaşı o, qızı Dənizi də mediadan uzaq saxlayır.
 
Xatırladaq ki, ifaçı "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. O, 2007-ci ildə ana olub.