Bu dəfə Afaqla Röya barışdı - Foto

bu-defe-afaqla-roya-barisdi
Oxunma sayı: 2315

Əməkdar artist Röya Ayxanla ATV-nin aparıcısı Afaq Gəncəli barışıb. “Qafqazinfo” xəbər verir ki, onlar Bakıda keçirilən toy mərasimlərinin birində qarşılaşıblar. 

Prodüser Tarix Əliyev (Tolik) hər iki məşhurun fotosunu instaqram səhifəsində paylaşıb, Afaq və Röyanı ulduz adlandırıb. 

Qeyd edək ki,  “ATV maqazin onlarla”da İradə İbrahimovanın Röya söylədiyi fikirlərin yayımından sonra hər iki məşhur arasında narazıçılıq yaranmışdı. Afaqın proqramda Röya ilə bağlı sujetlərin yayımlanmasına qadağa qoyduğu iddia edilmişdi. 

Hətta, sənətçinin mahnısı “Hit parad” rubrikasından çıxarılmışdı. Əməkdar artist isə instaqramda onların bu addımına sərt bir şəkildə etiraz etmişdi.