Bu dəfə Bakıya hindlilərin seks simvolu gəlir

bu-defe-bakiya-hindlilerin-seks-simvolu-gelir
Oxunma sayı: 34886


"Qafqazinfo" xəbər verir ki, bu məlumatı Lent.az-a ekskuliziv olaraq rejissor özü bildirib: 

“Öncədən xəbər verdiyimiz kimi, “Jism 2” (“Arzunun qaranlıq tərəfi”) adlı filmi Azərbaycan dilində dublyaj etdirirdik. Artıq dublyaj işləri yekunlaşıb, film hazırdır. Məhz bu filmin imza gününə öncədən Hindistanın seks simvolunu dəvət etmək istəyirdim. İstəyimi reallaşdırdım. Artıq onunla razılığa gəlmişəm. Məşhur aktrisa yaxın müddətdə paytaxtımızın qonağı olacaq. O, dünyada açıq-saçıq səhnələrə çəkilən aktrisalar siyahısında 5-ci yerdədir”.

 Rejissor daha sonra əlavə edib ki, film Azərbaycan kinoteatrlarında da göstəriləcək.

 Qeyd edək ki, ekran əsərinin dublyajında iştirak edənlərdən biri də müğənni Cəmilədir. Cəmilə filmdə baş qəhrəman olan İznanı səsləndirib.