Bu dəfə Balakən DSK-da qanun pozuntusu

bu-defe-balaken-dsk-da-qanun-pozuntusu
Oxunma sayı: 643

“3-cü beşillikdir ki, Balakən rayon İcra hakimiyyətinin ərazi idarəetme şöbəsinin müdiri Akif Məmmədovun "xeyir-duasi" ilə onun qohum əqrabasıdan təşkil olunan DSK-nın sədri A.Məmmədovun bacanağı Vahid Əliyevdir. Bu iki şəxs Azərbaycanın dünyanin demokratik təşkilatlarının siyahısında ən axırıncı yerlərdə olması üçün "əllərindən gələni" ediblər. Belə ki, analoqu olmayan "fəaliyyəti" nəticəsində keçən parlament seçkilərindəki qanun pozuntuları ilə əlaqədar şikayətlər ATƏT-in hesabatında öz əksini tapmış, Avropa məhkəməsinə qədər çatmışdı. Seçkiyə qarışmağa hec bir səlahiyyəti çatmayan A.Məmmədov yeni formalaşan komisyaya yeni bir "çalar" əlavə edərək Komissiya formalaşana qədər YAP-ın Balakən rayon təşkilatının mərkəzi aparatında işləyən Qoşqar Məmmədovu "birdən birə bitərəf etmiş", onu DSK-da bitərəflərin nümayəndəsi kimi katib yerləşdirmişdir. Onu da qeyd edim ki, dairə seçki komisyasının sədri V.Əliyevin həyat yoldaşı Mehparə Nuriyeva rayon icra başçısının iqtisadi məsələləri üzrə müavinidir. İcra strukturundakı yaxın qohumlarının dəstəyi ilə DSK-nın sədri olan V.Əliyevin müstəqilliyinin nə dərəcədə olacağını anlamaq çətin deyil”.

Lakin Balakən rayon 109 saylı DSK-nın qəribəlikləri bununla bitmir. Bu günlərdə mən məntəqə seçki komisyalarinda yerlərin bölünməsi ilə əlaqədar sədr V.Əliyevə müraciət etdim.O,mənə MnSK-dakı 66 yerin parlamentdə təmsil olunan 9 müxalifət partiyasi arasında bölünəcəyini dedi. Mən ona Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2 maddəsini xatırlatdım. O, isə “Mən heç bir məcəllə filan tanımıram, bunu mənə MSK-dan Mikayıl Rəhımov tapşırıb”-cavabını verdi.

Biz demokratik ictimaiyyətə müraciət edirik, bu cür formalaşan DSK ilə biz Balakəndə keçirilən heç bir seçkinin demokratikliyinə təminat vermirik. Eyniz zamanda MSK rəhbərliyinə və müvafiq strukturlara müraciət ediərm ki, bu özbaşnalıqların qarşısı alınsın.