Bu dəfə cərimə yazılmadı, xəbərdarlıq edildi - Foto

Bu dəfə cərimə yazılmadı, xəbərdarlıq edildi
Oxunma sayı: 1236

DİN Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən paytaxtın mərkəzi küçələri ilə yanaşı Xəzər, Binəqədi və Sabunçu rayonlarında əməliyyat-profilaktik və maarifləndirmə tədbirləri keçirilib. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda keçirilən tədbir zamanı polislərin diqqətinə vətəndaşlarla ünsiyyət zamanı nəzakətli davranmağın vacibliyi, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələri çatdırılıb. Tədbir zamanı  nəqliyyat axınının intensiv olduğu yollarda sürücü və piyadaların maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Piyada keçidlərindən istifadə etməyən şəxslərə xəbərdarlıq edilib.

Həmçinin sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib. 

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən də rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər.

Sabunçu rayonunda keçirilən tədbir zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər də müəyyən edilib. Həmin piyadalara izah edilib ki, yol polisinin əsas məqsədi piyada keçidlərindən istifadə etməyən şəxsləri inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərinin aşılanmasından ibarətdir. Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib. 

Həmçinin şöbə əməkdaşları təbliğat işlərini gücləndirmə məqsədilə piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir. 

Profilaktik tədbir zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə edən və yol polsinin qanuni tələbinə tabe olmayan sürücülər də saxlanılıb və hərəkətdən kənarlaşdırılıblar. Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Paytaxt ərazisində profilaktik, eləcə də maarifləndimə tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi