Bu dəfə də olmadı

bu-defe-de-olmadi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” öz meydanında yenə də “Qalatasaray”ı uda bilib. “Qalatasaray”ın 1999-cu ildən bəri “Şükrü Saracoğlu” stadionundakı uğursuzluq sindromu yenə də qırılmayıb. “Qalatasaray” forması rəngində olan vərəqələrin oyunda uçuşduğu bir anda , Volkanla Sabrinin yumruq davasına çıxdığı bir anda nəticə etibarı ilə sevinən tərəf “Fənərbaxça” olub və öz 2-ci sıradakı mövqeyini bir qədər də bərkidib.

Hesabı ilk olaraq “Qalatasaraylı” futboçu Burak Yılmaz penaltı vuruşundan sonra açıb. Lakin, möhtəşəm oyun göstərən Piyer Vebo dubla imza atıb və “Fənər”ə “Qalatasaray”la ümumi derbilər siyahısında 142-ci qələbəni bəxş edib. Oyunun son dəqiqələrində qapıçı Vokanla Sabri Sarıoğlu qırmızı vərəqə görüb və meydandan qovulublar.

İqbal