Bu dəfə Faiq Ağayevi təriflədi

bu-defe-faiq-agayevi-terifledi
Oxunma sayı: 1179


“Qafqazinfo”nun  məlumatına görə, ifaçı sosial şəbəkədə xalq artistini təhqir etmədiyini, sadəcə Ağayevin fikirləri ilə həmfikir olduğunu bildirib:

“Ötən həftə maqazin verilişlərinin birində xalq artisti Faiq Ağayev haqqında işlətdiyim fikirlərin heç biri təhqir ehtiva etmədiyi halda bəzi internet portallarının qoyduğu başlığı dəyərli Faiq Ağayev belə qəbul edib. Dəyərli media mənsubları, diqqətinizə çatdırım ki, mən  özümdən yaşda və təcrübədə böyük şəxsi təhqir edəcək mədəniyyətə sahib deyiləm. Səsləndirdiyim fikirlər Faiq Ağayevin “Facebook” səhifəsində yazdığı statusa əsaslanır. Təəcccübləndiyim məqam odur ki, Faiq bəyin fikirlərini təhrif etmədən səsləndirdiyim halda bunun nəyi yanlış anlaşılıb? Nə xoş təsadüfdür ki, “Qızıl şlyaqer”in yazdığı stausla mənim o gün ifa etdiyim mahnı üst-üstə düşüb.  Xalq  artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə və mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət olmalıdır? Müsahibəmdə də bildirdiyim üzrə acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir.  O gənc yaşda əməkdar artist, xalq artisti adını almış  heç bir rəqibi olmayan sənət adamıdır”.