Bu dəfə jurnalist polisi əfv etdi

bu-defe-jurnalist-polisi-efv-etdi
Oxunma sayı: 641

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu “Azadlıq” radiosuna bu haqda belə deyib: “DİN-in Daxili Təhqiqatlar İdarəsində mənimlə “Turan”ın fotoreportyoru Etimad Budaqovu polislərlə üzləşdirdilər. Bizi vuran polislər üzr istədilər. Bildirdilər ki, yenicə işə başlayıblar və 17 noyabr mitinqi onların ilk aksiyası olub. Həm də onlara jurnalistlərin hamısının göy yox, sarı gödəkcədə olacağı deyilibmiş. Bizə dedilər ki, onlar onsuz da peşə fəaliyyətlərini düzgün yerinə yetirmədiklərinə görə cəzalandırılacaqlar. Biz idarədə daxili işlər naziri Ramil Usubova ərizə yazaraq şikayətimizi geri götürdüyümüzü bildirdik”.