Bu dəfə “Maşın”da onlar yarışacaq

Bu dəfə “Maşın”da onlar yarışacaq
Oxunma sayı: 4425

Mayın 28-də ATV-də əməkdar artist Murad Dadaşovun aparıcılığı  ilə “Maşın” realiti-şousuna start veriləcək. 

“Qafqazinfo” xəbər verir ki,  iyunun ortalarına qədər davam edəcək telelayihədə ümumilikdə 18 nəfər avtomobil uğrunda mübarizəyə qatılacaq. 

“Xanımlar və cənablar- 2” devizi ilə ekrana çıxacaq proqrama qatılan məşhurların bir neçəsinin adı məlum olub.  Əldə etdiyimiz məlumata görə, səs-küylü proqramda 3 tanınmış aparıcı – Fira Cəlilova, Günel Hümbətova, İlhamə Bədəlova, müğənni Aysel Əlizadə, son zamanlar duetləri ilə populyarlaşan Pərviz Bülbülə və Türkan Vəlizadə iştirak edəcəklər. 

Bundan əlavə, proqrama Sevil və Sevinc Səfərovalar dəvət olunsa da, onlar “Maşın”dan imtina ediblər. Buna səbəb kimi işlərinin çox olmasını göstəriblər. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi