Bu dəfə onlar ağac əkdi - Fotolar

bu-defe-onlar-agac-ekdi
Oxunma sayı: 1087

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonunun 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, uşaq bağçasında keçirilən aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlif cinsli ağac tingi əkiblər.

Ağacəkmə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ETSN-nin əməkdaşları, KİV nümayəndələri də iştirak edib. Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin tinglik sahəsində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.