Bu dəfə Polşada “sarı jiletlilər” etirazlara başladılar

bu-defe-polsada-sari-jiletliler-etirazlara-basladilar
Oxunma sayı: 1155

Polşanın paytaxtı Varşavada sarı jilet geyinən fermerler yolu kəsiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əllərində bayraq tutan bir qrup fermer Afrika donuz taunu təhlükəsi ilə bağlı problemlərinin həllini tələb edirlər. Konkret olaraq, fermerlər donuz taunu virusu təhlükəsinə qarşı heyvanların kəsilməsi üçün kompensasiya istəyirlər. 

Polisin məlumatına görə, etirazlar qanunsuz olaraq təşkil edilib. Hazırda yolda 5 kilometr uzunluğunda tıxac yaranıb.