Bu dəfə Rusiyada bıçaqlı hücum - 8 yaralı var + Video

bu-defe-rusiyada-bicaqli-hucum
Oxunma sayı: 662

Finlandiya və Almaniyadan sonra Rusiyada da bıçaqlı şəxs insanlara hücum edib.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, hadisə Surqut şəhərində baş verib.

Hələlik adı açıqlanmayan 23 yaşlı gənc bıçaqla 8 nəfəri yaralayıb. Daha sonra polis həmin şəxsi öldürüb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dünən Finlandiyanın Turku şəhərindəki bıçaqlı hücumda 2 nəfər ölmüş, 6 nəfər yaralanmışdı. Almaniyanın Düseldor şəhərindəki hadisədə isə 1 nəfər ölmüş, 1 nəfər də yaralanmışdı.