Bu dəfə Samuxda elektrik stansiyasında yanğın baş verdi - 1 nəfər yaralandı

bu-defe-samuxda-elektrik-stansiyasinda-yangin-bas-verdi
Oxunma sayı: 4860

Samux rayonunda elektrik stansiyasında yanğınla nəticələnən partlayış olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, ilkin məlumata görə, bir nəfər 4-cü dərəcəli yanıq xəsarəti ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib, həmin şəxsin vəziyyəti ağırdır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xəsarət alan şəxs 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğludur. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Ona elektrotravma diaqnozu qoyulub, bədənin müxtəlif nahiyələrində 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri qeydə alınıb.

***

“Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Samuxda baş verən yanğın nəticəsində elektrik enerjisinin verilməsinə hər hansı fasilə yaranmayıb: “Partlayış olmayıb, sistem əhəmiyyətli bir hadisə deyil. Yanğının necə, harda baş verməsi isə dəqiqləşdirilir”.

Murad Əhməd