Bu dəfə Şəbnəmi o, ələ saldı - Video

bu-defe-sebnemi-o-ele-saldi
Oxunma sayı: 2576

Müğənni Xatun Əliyeva da son zamanlar sosial şəbəkələrin gündəmindən düşməyən Şəbnəm Tovuzluya söz atıb. “Qafqazinfo” xəbər verir ki, o, “Səhər-Səhər” proqramında qonaq olarkən aparıcı Elgiz Əkbər özünü “Azərbaycanın Sibel Canı”  adlandıran Şəbnəmlə bağlı sual ünvanlayıb. 

“Bu rəqs hərəkətlərini Azərbaycanın Sibel Canı edir. İndi də ona “ilişir”sən?” deyən Elgizə Xatun qalmaqal yaradacaq cavab verib: “O kimdir ki? Mən Avropanın Dubay kəndinə sataşıram. Sibel Can mən idim, nə oldu? Vallah, Mən Mətanət İsgəndərli olmaq istəyirəm. Bizimkilərə nə olub? Ondan gözəl xanım yoxdur”.