Bu dəfə “Şeyx” müzakirə olundu - Kitaba dəstək

bu-defe-seyx-muzakire-olundu
Oxunma sayı: 2588

Bu günlərdə gənc yazar Sahilə Yayanın (İbrahimova) “Şeyx” romanı işıq üzü görüb. TEAS Press Nəşriyyat evinə məxsus olan kitab Türkiyədə çap olunub.

Müəllifin sayca dördüncü kitabı olan “Şeyx” uşaqlığının kiçik bir dövrü Bakıda keçən Şümeysatın həyatından bəhs edir. Qız gəncliyindən keçmişinə boylananda özünü yalnız o dövrdə xoşbəxt görür. Çünki sonrakı illərdə müharibə hər şeyi dəyişir. Uşaq vaxtı ən çox vaxt keçirmək istədiyi dostunu da, axı o, ermənidir...

“Qafqazinfo” da yazarlara dəstək üçün LIBRAFF Mağazalar şəbəkəsi ilə yeni bir aksiyaya start verib. Belə ki, silsilə olaraq hər ay yazarlardan birinin yeni çap olunmuş kitabı alınaraq redaksiya əməkdaşlarına hədiyyə olunacaq və kitab ətrafında müzakirə aparılacaq.

Son olaraq qeyd edək ki, "Şeyx" romanı şəhərin bütün LIBRAFF Mağazalar şəbəkəsində 10 manata satışa çıxarılıb.