Bu dəfə Şıx çimərliyindən başladı

bu-defe-six-cimerliyinden-basladi
Oxunma sayı: 649

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, velosipedçilər Bakı-Abşeron-Qobustan-Şamaxı-İsmayıllı marşrutu ilə yola düşmüşlər. Velotur iştirakçıları 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finişə çatacaq.

Qeyd edək ki, “Tour dAzerbaidjan” mayın 5-dək davam edəcək. Turnirdə birincilik uğrunda 25 komanda, o cümlədən 17 kontinental, 2 klub, 6 yığma komanda mübarizə aparacaqdır. Hər bir komandaya 6 yürüşçü daxildir. Azərbaycanı turnirdə “Synergy Baku Cycling Project” komandası təmsil edir.