Bu dəfə “Vergi dostları” kimlər oldu?

bu-defe-vergi-dostlari-kimler-oldu
Oxunma sayı: 1119


“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkənin sosial-iqtisadi sahədə davamlı inkişafının təmin olunmasında həyata keçirilən vergi siyasəti, həmçinin 2013-2020-ci illərdə vergi sisteminin inkişaf strategiyası və modernləşdirilməsi, o cümlədən, vergi ödəyicilərinə göstərilən xidmətlər və bu sahədə həyata keçirilən layihələr haqqında danışıb. 

Ə.Məmmədov bildirib ki, hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə 49 növ xidmətin göstərilir, amma yaxın gələcəkdə isə bu rəqəm 57-yə çatdırılacaq. 

Daha sonra tədbir iştirakçılarına ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə geniş məlumat verilib.  

Sonra 164 nəfər “vergi dostu” vergi orqanları ilə əməkdaşlıq barədə öhdəlik vərəqəsi imzalayıb, onlara üzvlük sertifikatı, “vergi dostu”nun yaddaş kitabçası, kompyuterlər və data-kartlar təqdim edilib.

Tədbirdə Sabirabad, Saatlı, Salyan, Hacıqabul, Neftçala və Şirvan rayon icra hakimiyyətləri və təhsil şöbələrinin, sahibkarların ictimai təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri, Vergilər Nazirliyinin və 5 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.