Bu dəfə Zelenskinin xanımı gündəmdə - 164 milyona ev alıb

bu-defe-zelenskinin-xanimi-gundemde
Oxunma sayı: 7153

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zeklenskayanın Krımda elit “penthaus” (yaşayış binasının yuxarı mərtəbəsində çoxmərtəbəli mənzil) aldığı ortaya çıxıb.

“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, Qara dəniz sahillərində Livadiya kəndində yerləşən “İmperator” adlı kompleksin tərkibinə daxil olan üçmərtəbəli “penthaus” eks-deputat, oliqarx Aleksandr Buryaka məxsus olub. Tərəflər arasında alış-veriş 2013-cü ilin aprelində baş tutub.

Aleksandr Buryak

Daşınmaz əmlakın dəyəri 163 milyon 893 min dollardır. Mənzilin 1 kvadrat metri 1263 dollardan təklif edilib.

Nəşr qeyd edir ki, mənzil Zelenskinin adına qeydiyyatdadır. Məlumata görə, mənzil bu ilin aprelində 790 milyon 663 min dollara satışa qoyulub.

Xatırladaq ki, Vladimir Zelenski aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. O, seçkilərdən bir neçə gün sonra, aprelin 26-da ailə üzvləri ilə birlikdə Türkiyəyə gəzintiyə getdiyinə görə tənqid olunub.