“Bu dərd məndədir, nə deyim?”

bu-derd-mendedir-ne-deyim
Oxunma sayı: 3546

Xalq artisti Amaliya Pənahova “Ömrün fəsilləri” verilişinin qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, məşhur aktrisa 7 ildir ki, dünyasını dəyişən həyat yoldaşı Yusif Muxtarovun ölümündən danışıb:

“Bu dərd məndədir, nə deyim? Övladlarıma mənə bunun nə dərəcədə ağrılı olduğunu göstərə bilmərəm. Onlar belə onun yoxluğuna alışa bilməyiblər. Yoldaşımın ürəyi tıxaclı idi. Biz onu İngiltərədə əməliyyat etdirdik.

Ondan sonra 10 il yaşadı və qəfil, gülə-gülə getdi. Gözümün qabağında öldü. Bağda ikimiz idik. Dərmanlarını atıb, televiziyaya baxdı, yemək istədi. Sonra gəlib halının pis olduğunu dedi. Elə onda da vəfat etdi”.