Bu DSX əməkdaşları fəxri ad aldı - Siyahı

bu-dsx-emekdaslari-fexri-ad-aldi
Oxunma sayı: 5549

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar müəllim”

Quliyeva Şöhrət Rüfət qızı

“Əməkdar həkim”

Məmmədov Fariz Nurəddin oğlu – tibb xidməti polkovnik-leytenantı

Abasov Rahil Fəyaz oğlu – tibb xidməti mayoru

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Mirzəyev Elşən Cəbrayıl oğlu – polkovnik

Həsənov Adil Məmməd oğlu

“Əməkdar mühəndis”

Mustafayev Elman Tapdıq oğlu – polkovnik

Yusifov Azər Əlfrat oğlu.