“Bu dünyada fahişə vəfası da var...”

bu-dunyada-fahise-vefasi-da-var
Oxunma sayı: 779









Uzanmışıq atılmış qadının yatağına,
sinəmin tüklərini qarışdırır.
əvvəlki ərindən danışır mənə,
ikimiz də o kişini yamanlayırıq, söyürük,
ikimiz də bu yataqda atılmış qadına dönürük.

Deyir “bu yatağa o qədər ağlamışam ki,
indi kürəyim nəm çəkib,
göz yaşları qurumur heç vaxt”,
İndi ikimiz də bu yataqda sudan çürüyürük.
Divardakı toy şəklisə gülüməyir.

Bir dostum vardı, xahişə bir qadın aldı,
Dostları üz çevirdi, atası evə qoymadı.
Osa Allaha şükr edirdi...
Düşünürdü ki, bu dünyada dost nankorluğu,
ata dönüklüyü varsa da,
fahişə vəfası da var.

O kişi bu qadını atmasaydı,
mən öz evimdə kitab oxuyacaqdım,
sol ciynimdəki mələk dincələcəkdi.
Bu qadın ərindən soruşacaqdı,
“çay rəngli olsun, yoxsa?”
İndisə - sevişəndən sonra
üst-üstə qalaqlanmış
düşmən meyidi kimiyik.
ikimizdə o kişinin yerində uzanmışıq.

Bu qadın məni sevmir,
hər gün çağırır, amma
mənə ömrünü danışmaq istəyir.

Saçımdakı ağ tükləri sayır: 23 dənə,
sonra da kəsir, “cavanlaşdırır” məni,
ərinin sevmədiyi yeməkləri
mənə də bişirmir,
onun köynəyindən alıb mənə.
əynimə iki ölçü böyükdü.
bəzən adımı da səhv çağırır.

O kişinin qayıtmasını azı,
bu qadın qədər istəyirəm,
bu qadın qədər bədbəxt edib məni də.

Bu qadın dərdini danışmaq istəyir,
mənsə susmaq,
ona görə yaxşı anlayırıq bir-birimizi.