“Bu əməliyyatı indi həyata keçirə bilməsək...” - Riskli proqnoz

bu-emeliyyati-indi-heyata-kecire-bilmesek
Oxunma sayı: 2032

Təhlükəsizlik və terror mütəxəssisi Abdullah Ağar Türkiyənin Fıratın şərqində  həyata keçirəcəyi döyüş əməliyyatlarına münasibət bildirib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, eskpert xatırladıb ki, Türkiyə “Zeytun budağı” əməliyyatı zamanı YPG və PKK ünsürlərini Münbiçə  doğru qovub: “Bu zaman fransız və amerika əsgərləri müdaxilə edərək PKK əsgərlərini himayə etdi. DEAŞ-ı Suriyada məğlub edən Türkiyə Cümhuriyyətidir. Bunu Əl- Babda həyata keçirdi.  Orada 2300 İŞİD-çini məhv etdik. Bəs, bu necə oldu? Amerika Rakka əməliyyatını dayandırdı və Fıratın ortasındakı  bütün terrorçuları Əl-Bab bölgəsinə yönəltdi.  Onlar Suriya rejiminə məxsus ən böyük hərbi hissəni keçdilər. Bəs, silahları haradan aldılar? Niyə heç bir ölkə buna müdaxilə etmədi?  Axı onların yeri- yurdu bəlli idi. 2 Amerika və 2 Rusiya  hərbi təyyarəsi  onları bombalaya bilərdi. Amma etmədilər”. 

Ağarın sözlərinə görə, Fıratın şərqinə ediləcək əməliyyat böyük risk  tələb edir: “Bu hərəkatda  həssas nöqtələrimiz test ediləcək. Böyük bir mücadilə verəcəyik, amma bunu etmək məcburiyyətindəyik. Əgər etməsək, qorxuram ki, Türkiyəni bölə bilərlər. Bu əməliyyatı indi həyata keçirə bilməsək, gələcəkdə bu vətəni istədiyimiz kimi övladlarımıza əmanət edə bilməyəcəyik. Keçmişdə atalarımız necə mübarizə aparıbsa, biz də bu mübarizəni davam etdirməliyik. Mən bu gün Türkiyənin bir var olma mübarizəsi apardığını düşünürəm”.

Günel Türksoy