“Bu, emosional bir qərar idi”

bu-emosional-bir-qerar-idi
Oxunma sayı: 637

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az-a verdiyi açıqlamada deyib ki, oyundan sonra onun Qurban Qurbanovla görüşü olub: “Qurban müəllim həmin görüşdə də dedi ki, istefa vermək istəyir. Əlbəttə, biz istefanı qəbul etmədik. Çünki bu, qeydə alınan ağır nəticədən sonra verilmiş emosional bir qərar idi. Qurban Qurbanov məğlubiyyətə görə özünü günahkar bilir. Bizim isə klub rəhbərliyi olaraq onunla müqaviləni pozmaq fikrimiz yoxdur.

Biz Qurban Qurbanovla hələ uzun müddət əməkdaşlıq edib yaxşı işlər görmək istəyirik”.