“Bu, ermənilər üçün çox baha başa gələcək”

bu-ermeniler-ucun-cox-baha-basa-gelecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində prezident administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Şöbə müdiri bildirib ki, Azərbaycanın ermənilərin belə bəhanələrdən istifadə etməsinə nə qədər dözümü, səbri olmalıdır: “Biz gec-tez öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün böyük iradə nümayiş etdiririk, sülh və danışıqlar yolu ilə münaqişənin həll olunmasına çalışırıq. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, xüsusilə Ermənistanın indiki avantürist rəhbərləri də bilməlidirlər ki, onlar üçün vaxt itirmədən ən vacib iş bu münaqişənin sülh yolu ilə həll olunmasıdır. Yoxsa Ermənistanın özü özünü uçurumun astanasına gətirib çıxaracaq ki, bu da onlara çox baha başa gələcək”.