Bu evə 3 ildə 17-ci dəfədir avtomobil girir - Video

Bu evə 3 ildə 17-ci dəfədir avtomobil girir
Oxunma sayı: 1916

İngiltərədə kəskin dönüş nöqtəsində yerləşən evə yüksək sürətlə hərəkət edən avtomobil girib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Devon Kaunti bölgəsində yaşanıb. Avtomobil yolunun döngəsində yerləşən ev bununla 3 ildə 17-ci dəfədir ki, belə qəzayla rastlaşır. Xoşbəxtlikdən bu dəfə maşın evdə heç kəs olmayanda yataq otağına girib.

36 yaşlı sərxoş sürücü polis tərəfindən saxlanılıb. Ailə dəfələrlə yolun dəyişdirilməsi üçün aidiyyəti qurumlara müraciət etsə də, hələ ki bununla bağlı tədbir görülməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi