Bu fotolarla özünə rəqib görmür - Fotolar

bu-fotolarla-ozune-reqib-gormur-fotolar
Oxunma sayı: 768

Gənc müğənni Arzu Seyidzadə Azərbaycan şou biznesində özünə rəqib görmədiyini deyir: “Özümə kimisə rəqib hesab etmirəm. Bu gün tanınan da, tanınmağa çalışan da yoluma tikanlar sərir. Üzümə gülə-gülə mənə ziyan vurdular. Çünki bəziləri kimi sosiska satıb, tum satıb, barlarda striptiz oynayıb səhnəyə gəlməmişəm. Mən ailə tərbiyəsi görmüşəm, buna görə də şou-biznesdə hamını tanımağıma zaman lazım idi. Ən çox istədiyim odur ki, şou-biznesdəki “cücə”lər məndən əl çəksinlər. Bundan sonra elə start götürəcəm ki, mənim paxıllığımı edənlər Arzu Seyidzadənin kim olduğunu biləcəklər”.

O, yeni planlarından da danışdı. A.Seyidzadə bidirdi ki, növbəti il üçün daha üç klip üzərində işləyir: “Dinləyicilərimə, məni sevənlərə daha maraqlı və daha səviyyəli üç klip təqdim edəcəm. Kliplərim yerli müğənnilərin çəkdirdikləri kiçik sujetlərdən daha gözəl və fərqli olacaq. Avropadakı kimi çəkiləcək”./merkez.az/