Bu fotonun çəkildiyi tarix açıqlandı

bu-fotonun-cekildiyi-tarix-aciqlandi
Oxunma sayı: 3124

Sosial şəbəkələrdə Qala divarının dağıdılması ilə bağlı yayılmış şəkil abidədə restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi yayıb.

Bildirilib ki, məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur: “Əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnib. “İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.