Bu fotoya görə Əhmədinejatı topa tutdular - Foto

bu-fotoya-gore-ehmedinejati-topa-tutdular-foto
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, Əhmədinejatın Çavesin anasını qucaqlayarkən çəkilən fotosu şəriət qaydaları ilə idarə olunan ölkədə narazılıqla qarşılanıb.

İran liderinə 2008-ci il seçkilərində dəstək olan mühafizəkar millət vəkili Məhəmməd Deghan Əhmədinejatın islama zidd hərəkət etdiyini bildirib. O, Əhmədinejat və çevrəsindəkiləri “yolunu azmış qrup” adlandırıb.

Digər millət vəkili Məhəmməd Tağı Rəhbər də buna münasibət bildirərək “Əhmədinejat cənazədə özünü itirdi” sözlərini işlədib.

Din adamları prezidentin dəfn mərasimində Çavesin həzrəti İsa və Mehdi ilə birlikdə dünyaya yenidən qayıdacağı ilə bağlı çıxışını şərh ediblər: “Əhmədinejat ya dinini yaxşı öyrənsin, ya da vəzifəsinin yerdə qalan hissəsində dini mövzuda açıqlama verməsin”.