Bu gecə gözlənilən hava şəraiti açıqlandı

bu-gece-gozlenilen-hava-seraiti-aciqlandi
Oxunma sayı: 2973

Bu gün gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 11-14 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu 7-12, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.