Bu gecə kiçik çillə başlayır

bu-gece-kicik-cille-baslayir
Oxunma sayı: 2514

Xalq təqviminə görə, qış fəsli əsasən 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün isə boz ay adlanır. 

“Qafqazinfo”nun məlumatına görə, dekabrın 22-dən başlayan böyük çillə artıq yekunlaşıb və bu gündən etibarən nisbətən daha soyuq sayılan kiçik çillə başlayır. Adətən bu zamanda havalar kəskin soyuduğu üçün bu dövr el arasında “qışın oğlan çağı” da adlandırılır. 

Lakin kiçik çillənin daha soyuq olması ilə bağlı məlumatlar hər hansı bir elmi əsaslara söykənmir. Çillələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə xalq müşahidələrinin nəticələridir. 

Məlumat üçün onu da bildirək ki, qışın böyük və kiçik çillələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.