Bu gecə kim sevinəcək?

bu-gece-kim-sevinecek-
Oxunma sayı: 649

Demək olar ki, ¼ -də heç bir ingilis klubu mübarizə apara bilməyəcək. Çünki bu gün “Bavariya” ilə oyanyacaq olan “Arsenal” ilk oyunu, öz meydanında 3-1 hesablı məğlubiyyətlə başa vurub və növbəti tur şanslarını heçə endirib. Ancaq bununla belə “Arsenal”ın az da olsa şansı var və Arsen Vengerin yetirmələri az olan bu şansları uğrunda sona qədər vuruşacaqlar.

Bundan başqa bu gün daha bir maraqlı qarşılaşma “Malaqa”ilə “ Porto” arasında olacaq. İlk oyunda “Porto”1-0 hesablı qələbə əldə edib. Doğrudur, bu qalibiyyət növbəti mərhələyə çıxmaq üçün bəlkə də yetərli olmayacaq ancaq bununla belə üstünlük Portuqaliya təmsilçisi tərəfdədir.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İqbal