Bu gecə türkün gecəsidir

bu-gece-turkun-gecesidir
Oxunma sayı: 642

Qafqazinfo” xəbər verir ki, 9 qat “Çempionlar Liqa”sı qalibi “Real” Madrid bu turnirdə ilk böyük uğurunu qazanmaq istəyən “Qalatasaray”ı qəbul edəcək. Bu iki klub daha əvvələr də qarşı qarşıya gəlib.

2000 ci il avqustun 25-də UEFA Super Kubokunun final mərhələsində özünün qızıl dövürlərini yaşayan “Qalatasaray”, həmin il “Çempionlar Liqa”sında “Valensiya”niı udub kuboku qaldıran “Real” Madridi 2-1 hesabı ilə məğlub etməyi bacarıb.

Bundan sonra “Çempionlar Liqa”sında 2000 -2001-ci il mövsümü bu iki komandanı yenidən qarşılaşdırıb. İstanbulda keçirilən ilk oyunda “Qalatasaray” 2-0 geridə olmasına baxmayaaraq, oyunu 3-2 hesablı qələbə ilə başa vurmağı bacarıb. Doğrudur, cavab qarşılaşmasında “Real” 3-0 hesabı ilə qalib gəlib və yarım finala adlayan tərəf olub. Bugünkü görüşün favoriti də heyətində dünyanın ən yaxşı futbolçuları olan “Real” Madriddir. Lakin “Qalatasaray” azarkeşləri başda məşqçiləri Fatih Tərim olmaqla, bu mövsüm “Çempionlar Liqa”sında 8 qol vuran Burak Yılmaza və daha əvvəl oynadıqları klublarda bu turnirin kubokunu qaldıran Didye Droqba Ve Uesli Sneyderə güvənirlər.

İqbal