Bu gecə üçüncü qədr gecəsidir

bu-gece-ucuncu-qedr-gecesidir
Oxunma sayı: 1030


Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.

ŞƏHADƏT

Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmö’minin Həzrət Əli (ə) sui-qəsdə mə’ruz qalmış, Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək,  şəhadətə yetişmişdir.

Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: «Əli - rəbbani və ilahi bir İmamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır». Həzrət Rəsulullahdan (s) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allahdan başqa mə’bud yoxdur, Mühəmməd(s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır”».

Həzrət Əli (ə) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim»./Deyerler.org/