“Bu gəncə azadlıq istəyirəm” – - Sevil Nuriyeva

bu-gence-azadliq-isteyirem-
Oxunma sayı: 5899


“Qafqazinfo” xəbər verir ki, telejurnalist facebook hesabında Zaur Qurbanlıya azadlıq istəyib:

“Zaur Qurbanlı adlı gəncin xəstə olmasına rəğmən hələ də zindanda saxlanılmasını üzüntü ilə qarşılayıram. Siyasi fikri, görüşü nə olursa olsun, insan hər şeydən üstün olan varlıqdır. Mübarizə assimmetrik olarsa cəmiyyət gərginləşər və bu, ədalətli olmaz. Simmetrik mübarizə aparanların nəticədə zəfəri də, məğlubiyyəti də hörmətəlayiq olur. Zaur Qurbanlının anasının, ailəsinin və sevənlərinin səsinə səs verirəm və bu gəncə azadlıq istəyirəm”.

Qeyd edək ki,  Bakı İstintaq Təcridxanasında saxlanılan “NİDA”çı Zaur Qurbanlının vəkili onun vəziyyətinin ağırlaşdığını bildirib.Gənc blogger ağır dərəcəli talassemiya, bronxial astma və böyrək xəstəliklərindən əziyyət çəkir.