“Bu, gərginliyin artmasına gətirib çıxaracaq”

bu-gerginliyin-artmasina-getirib-cixaracaq-
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirən Kristiina Ojulan deyib ki, o, Azərbaycan ərazisi olan və 1990-cı ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayır: “Bu hərəkət, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Çikaqo Konvensiyasını pozacaq. Xocalı aeroportunun yenidən açılışının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaq. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü AB-nin bütövlükdə sülh prosesində etdiyi cəhdlərinə hörmətsizlik kimi qəbul edilə bilər. Bu planın1992-ci ildə baş vermiş Xocalı faciəsi ilə bağlı simvolizmi nəzərə alsaq, bu cür hərəkət, hətta daha sonra bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq”.