Bu gölün 95 faizi qurudu - Fotolar

bu-golun-95-faizi-qurudu
Oxunma sayı: 3666

Yaxın Şərqin ən böyük göllərindən olan Urmiyə gölünün 95 faizi quruyub.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, bu haqda İran parlamentinin Urmiya əyalətindən olan deputatı Seyyid Hadi Bahadori deyib. 

O, bildirib ki, gölün faktiki olaraq 95 faiz quruyub. Deputat prezident Həsən Ruhaninin gələn ilin büdcəsindən gölün xilas olunması layihəsinə, təqribən, 3 milyard dollar vəsait ayırdığını da bildirib. 

Xatırladaq ki, Urmiya gölü İranın şimal-qərbində, Qərbi və Şərqi Azərbaycan ostanları arasında yerləşir.