Bu gömrük postundan 21 mindən çox nəqliyyat vasitəsi keçib

bu-gomruk-postundan-21-minden-cox-neqliyyat-vasitesi-kecib
Oxunma sayı: 1537

Oktyabr ayında Mazımçay gömrük postunda 21 mindən çox nəqliyyat vasitəsi keçib.

"Qafqazinfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov postla tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bir ayda Mazımçay gömrük postunun idxal və ixrac xəttindən ümumilikdə 21 min 153 nəqliyyat vasitəsi keçib. Onun sözlərinə görə, Mazımçay gömrük postunun digər sərhəd gömrük buraxılış məntəqələrindən fərqi minik avtomobilləri üçün  idxal- ixrac xəttinin  bir olmasıdır. 

Günel Türksoy