“Bu görüş üç ölkənin dostluğunun göstəricisidir” - Ruhani

“Bu görüş üç ölkənin dostluğunun göstəricisidir”
Oxunma sayı: 422

“Bu görüş üç ölkənin dostluq və səmimiyyətinin göstəricisidir. Görüşdə “yaşıl gömrük yolu”,  iki tərəfli və üçtərəfli milli pul vahidi ilə ticarət  və enerji sahəsində müştərək sərmayə və hasilat haqqında  razılıq əldə olunub”.
 
“Qafqazinfo” xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu prezident Həsən Ruhani İran, Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli görüşdən sonra bəyan edib.
 
“Qərara aldıq ki, hər üç ölkənin potensialından istifadə edək. Biz üç Xəzəryanı ölkəyik və bu dənizdən sülh və inkişaf üçün istifadə edirik. Razılığa gəldik ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişafını asanlaşdıraq”,- deyə H.Ruhani bildirib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi