Bu gün 2 aprel məhbuslarının məhkəməsidir

bu-gun-2-aprel-mehbuslarinin-mehkemesidir
Oxunma sayı: 670

Bu barədə “Yeni Müsavat”a A.Hacılının vəkili Nemət Kərimli məlumat verib. Proses hakim Vaqif Mursaquliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, sözügedən şəxslər İctimai Palatanın (İP) aprelin 2-də Fəvvarələr meydanında keçirdiyi mitinq zamanı saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və bu kimi hərəkətlərdə fəal iştirak) maddəsi ilə cinayət işi açılıb.
Altı ay həbsdə saxlanılandan sonra oktyabrın 3-də A.Hacılı, T.Abbaslı və M.Məcidli Səbayel Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
F.Qəhrəmanlı isə məhkəmənin qərarı ilə 1 il şərti cəzaya məhkum olunub.