Bu gün 38 dərəcə isti olacaq

bu-gun-38-derece-isti-olacaq
Oxunma sayı: 640

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Zəif şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.