Bu gün 5-ci inauqurasiya keçirilir - Bəs ilk dəfə harada olub?

bu-gun-5-ci-inauqurasiya-kecirilir
Oxunma sayı: 3825

Hazırda yenidən prezident seçilən İlham Əliyevin Milli Məclisdə inauqurasiya mərasimi keçirilir. "Qafqazinfo" bu məqamda gənc vəkil Xəyal Bəşirovun inauqurasiya ilə bağlı hazırladığı maraqlı məlumatları təqdim edir:

"Azərbaycan Konstitusiyasında bu mərasim andiçmə mərasimi kimi qeyd olunsa da beynəlxalq aləmdə bununla bağlı “inauqurasiya” terminindən istifadə olunur. Yeni seçilən prezidentimiz vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tam tərkibdə, yəni  ölkənin Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin hamısı istefaya göndəriləcəkdir. Qanuna uyğun olaraq qısa müddətə də olsa ölkə nazirlərsiz qalacaq. Bundan sonra Prezident Nazirlər Kabinetini yenidən, istədiyi şəxslərdən formalaşdıracaq. 

Bu gün keçirilməsi nəzərdə tutulan andiçmə - inauqurasiya, sayca 1995-ci ildə konstitusiyamızın qəbul olunmasından sonra keçiriləcək beşinci bu cür mərasimdir. Ümumiyyətlə inauqurasiyanın tarixi əsrlər əvvələ gedib çıxmaqla yanaşı həm də, ayrı-ayrı ölkələrə münasibətdə çox maraqlı faktlarla yadda qalmaqdadır. İnauqurasiya sözü latın mənşəli “inauquro (həsr edirəm)” sözündən yaranmışdır. Bir çoxları bu mərasimi Amerika Birləşmiş Ştatlarının demokratiya adəti hesab etsələr də, əslində rəsmi andiçmənin tarixi daha çox keçmişlərə söykənərək kralların, imperatorların və şahların tacqoyma mərasimi kimi qədim dövrlərdən başlayaraq qeyd olunmuşdur. Qədim Roma imperiyasında İmperatorlarla yanaşı bir çox digər yüksək rütbəli məmurlar da vəzifələrinin icrasına başlamazdan əvvəl andiçmə mərasimi keçirmişlər. Diqqət çəkən məqamlardan biri də odur ki, hazırda da monarx qismində dövlət rəhbərinin inauqurasiyasının keçirilməsi hazırda da Böyük Britaniyada Kralları və Kraliçaları üçün keçirilməkdədir. Lakin, insanların fundamental hüquqlarından hesab olunan seçki hüquqlarının reallaşdırılması yolu ilə ölkə başçısı qismində prezidentlərini seçmələri və yeni seçilən dövlət başçısının andiçmə mərasimi formasında inauqurasiyanın ilk olaraq rəsmi şəkildə keçirilməsi 30 aprel 1789-cu ildə seçkilərdə iştirak edən seçicilərin 100 faizlik səslərini toplamaqla ABŞ-ın ilk prezidenti seçilən Corc Vaşinqtonun şərəfinə keçirilib. ABŞ-da hazırda keçirilən inauqurasiya mərasimlərinin əksər digər dünya ölkələrindən fərqləndirən spesifik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ABŞ-da yeni seçilən Prezidentdən savayı həm də Vitse-prezident də and içdir. ABŞ-da keçirilən inauqurasiya mərasimləri həm də çox maraqlı məqamlarla yadda qalıb. Corc Vaşinqtonun inauqurasiya mərasimi prezidentin çox qısa, cəmi 135 sözdən ibarət çıxışı, Avraam Linkolnun inauqurasiyası ilk dəfə afroamerikalıların mərasimə qatılması, Vudro Vilsonla bağlı qadınların ilk dəfə həmin mərasimə qatılması, Harri Trumenin andiçmə mərasimi ilk dəfə televiziya ilə yayımlanması, Cimmi Karterin andiçmə mərasimi Prezidentin ilk dəfə inauqurasiya paradının bütün marşrutu üzrə uzun yolu piyada qət etməsi və Bill Klintonla bağlı andiçmə mərasiminin isə tarixdə ilk dəfə olaraq internetlə canlı olaraq bütün dünyaya yayımlanması halları ilə yaddaşlara həkk olunub".

Xəyal Bəşirov