Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Oxunma sayı: 345

AFFA-dan klub rəsmilərinə ağır cəza

 

“Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qaradağ Lökbatan” – “Zaqatala” matçının 43-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Ağsu” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Binə” – “Şüvəlan” matçı başa çatdıqdan sonra “Binə”nin rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 1200 manat cərimə olunub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi