Bu gün AŞPA-nın qış sessiyası başlayır

bu-gun-aspa-nin-qis-sessiyasi-baslayir
Oxunma sayı: 647

Bu gün  Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. “Qafqazinfo” xəbər verir ki,  bununla bağlı deputatlar bu gün Fransanın Strasburq şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və  İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək. 

Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən  öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq. 

Səfər yanvarın 28-də başa çatacaq.

Günel Türksoy