Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Parisdə görüşəcək

bu-gun-azerbaycan-ve-ermenistanin-xin-rehberleri-parisde-gorusecek
Oxunma sayı: 640

Bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan arasında görüş olacaq. Bu barədə jurnalistlərə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri məlumat verib. Nazirin sözlərinə görə, cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir.

“Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq” - deyə Məmmədyarov qeyd edib.

Onun sözlərinə görə, Paris görüşündə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir.

anspress