Bu gün Azərbaycanda “Bilik günü”dür

bu-gun-azerbaycanda-bilik-gunudur
Oxunma sayı: 1813

Bu gün Azərbaycanda “Bilik günü” qeyd edilir.
 
“Qafqazinfo”nun xəbərinə görə, bütün ölkədə sentyabrın 15-dən yeni tədris ilinə start verilir.
 
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.
  
Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Yeni tədris ilində 164 945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq.