“Bu gün Azərbaycanda ən xoşbəxt estoniyalı mənəm”

“Bu gün Azərbaycanda ən xoşbəxt estoniyalı mənəm”
Oxunma sayı: 39

Bu gün "Tour d`Azerbaidjan"ın birinci mərhələsi baş tutub.

“Qafqazinfo”xəbər verir ki, Bakıda Bayraq Meydanında başlayıb Sumqayıt icra hakimiyytinin qarşısında sona çatan mərhələsnin qalibi İsrailin "İsrail Cycling Academy" komandasının üzvü Mikel Raim olub və o, mavi rəngli "Synergy" köynəyinə yiələnib.

Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, Azərbaycanda bu gün ən xoşbəxt estoniyalı mənəm. Çox şadam ki, qalib gəldim. Özümlə və komandamla fəxr edirəm. Qalib olmağım üçün komanda üzvlərim hər şey etdilər.

- Son kilometr necə keçdi?

- Bizim planımız belə idi ki, startda önə keçməyək. Düşünürdük ki, sonuncu dövrədə ilk iki yerdən birini tutaq. Planımızda olanları etdik. Son kilometrdə komanda yoldaşlarımdan ayrıldım və önə keçdim. Digər idmançılar mənə çatmaq istədilər. Amma liderliyi əldən vermədim.

- Çıxışını necə qiymətləndirirsən?

- Ayaq əzələlərim, ümumi hazırlığım sprintdə yaxşı çıxış eyməyə imkan verir. Amma buna baxmayaraq, özümü möhtəşəm sprinter hesab etmirəm. Bu gün yaxşı imkan oldu ki, sprintdə də yaxşı olduğumu hamıya sübut etdim.

- Yarış və Azərbaycan haqda fikirlərin necədi?

- Heç bir sürpriz olmadı. Artıq 3-cü dəfədi Azərbaycandayam. Son anda yarışda iştirak edəcəyim dəqiqləşdi və mən də məmnuniyyətlə razılaşdım.

- Qalib olmaq necə hissdi?

- Millinin və ya komandanın heyətində qalib olmaq arasında fərq görmürəm. Hər ikisinə nail olmaq üçün səy göstərmək lazımdı. Mərhələnin sonuna yaxın komanda yoldaşım məni sıxışdırmağa başladı. O, başa düşmürdü ki, biz komanda yoldaşıyıq. Buna baxmayaraq, qalib olmağı bacardım.

- Hansı komanda "Tour d`Azerbaijan"ın qalibi ola bilər?

- Çox gözəl sualdı. İstəyərdim ki, biz qalib olaq. Gözəl olduğu kimi həm də çətin sualdır. Hər cür sürpriz ola bilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi