Bu gün Bakıda avtobuslar işini tez dayandıracaq

bu-gun-bakida-avtobuslar-isini-tez-dayandiracaq
Oxunma sayı: 634

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, Bakıda avtobuslar saat 22:00-dək işləyəcək.

Namiq Həsənovun sözlərinə görə, habelə Bakı Beynəlxalq Avtovağzalının işi də normallaşır. Cümə günü bütün istiqamətlərdə, həm şəhərlərarası, həm beynəlxalq marşrutlara 67 avtobus çıxıb. Avtovağzaldan 1158 sərnişin yola salınıb.

“Bütün yollar hərəkət üçün açıqdır. Lakin yolların buz bağlaması ilə əlaqədar kiçik çətinliklər qalır”, - Həsənov qeyd edib.

Qeyd edək ki, bir həftədən çoxdur, Azərbaycanda anormal hava şəraiti hökm sürür.