Bu gün Bilik Günüdür

bu-gun-bilik-gunudur
Oxunma sayı: 1555

Bu gün Azərbaycanda Bilik Günüdür.

“Qafqazinfo” xəbər verir ki, bu ilki Bilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayacaq.

Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrinin I sinifində 164 234 şagird təhsil alacaq.   

Ümumilikdə isə orta məktəblərdə 1 525 016 şagird oxuyacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.  

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.